Tsarnayevlərin anası da terrorçu imiş

Tsarnayevlərin anası da terrorçu imiş
  26 Aprel 2013    Oxunub:1457
Boston terrorunu törətməkdə günahalandırılan Tamerlan və Zoxar Tsarnayevlərin anası da şübhəlilərin siyahısına əlavə edilib.
Hələ 2011-ci ildə Rusiya Boston terrorunu törədənlərin ektremistlərlə əlbir olduğunun mümkünlüyünü ilə bağlı ABŞ-a xəbərdarlıq göndərəndən sonra, ABŞ hökuməti Boston terrorunu törətməkdə günahalandırılan Tamerlan və Zoxar Tsarnayevlərin anasının adını da boston terrorçuları siyahısına əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Milli Terrorla Mübarizə Mərkəzinin sözügedən siyahısında yarım milyona yaxın insanın adı var. Tamerlan Tsarnayevin adının da həmin “gizli qara siyahı”da olması bu yaxınlarda məlum olub. Lakin onun anası ilə bağlı məlumat isə ilk dəfədir səsləndirilir.

Belə ki, Amerikanın Xüsusi Xidmət Orqanları(CİA) Rusiyanın müraciətinə əsasən Tamerlan Tsarnayevi dindirdiyini və onun adını ABŞ sərhədlərini keçmiş şübhəli şəxslərin axtarılması üzrə yaradılmış TECS bazasına daxil etdiyini açıqlamağa məcbur olub.

Qeyd edək ki, həmin bazada məlumatların bir il ərzində aktiv olduğu bildirilir. 2011-ci ilin sentyabr ayında isə CİA-nın təşəbbüsü ilə Tamerlan Tsarnayevin adı başqa bir “şübhəli terrorçular siyahısı” na salınıb.

Həmçinin məlum olub ki, 2011-ci ildə CİA əməkdaşları bir neçə dəfə Zubeydat Tsarnayevanı oğlunun cinayət əməllərinin araşdırılması çərçivəsində dindirib. Lakin bir neçə aydan sonra istintaq qrupu Tamerlan Tsarnayevin terrorçularla əlaqəsini sübut edən heç bir dəlil aşkar edə bilmədiyinə görə araşdırmalar dayandırılıb və cinayət işi bağlanıb.

TECS bazası 2012-ci ilin yanvarında Tamerlan Tsarnayevin ABŞ-dan Rusiyaya yola düşməsi ilə bağlı xüsusi xidmət orqanlarına xəbər göndərib. Amma o, ABŞ-a geri qayıdan vaxt, 2012-ci ilin iyununda bazadakı həmin məlumat müddəti bitdiyinə görə silinib. Məlumat üçün qeyd edək ki, bu barədə məlumat silinməmiş olsaydı belə xüsusi xidmət orqanlarına onun barəsində əlavə məlumat verilməyəcəkdi, çünki CİA Tsarnayevin işini bağlamışdı.

O ki qaldı Zubeydat Tsarnayevaya o, tam fərqli bir ittihama əsasən ötən ildən Amerika hüquq-mühafizə xidməti orqanlarının nəzarəti altına götürülüb. O, Boston mağazalarının birindən 1600 dolar dəyərində paltar oğurlamaqda günahlandırılıb. Qərb mətbuatı yazır ki, Zubeydat məhkəməyə gəlmədiyindən, onun həbsinə order verilib.

“Amerika uşaqlarımı əlimdən aldı”

Bu yaxınlarda Amerika polisi ilə qarşıdurmada ölən Tamerlan Tsarnayevin valideynləri və onun hazırda xəstəxanda olan 19 yaşlı qardaşı ilk izahatlarını veriblər və Maxaçkalada jurnalistlərin suallarını cavablandırıblar.

Öz növbəsində Zubeydat ailəsinin ABŞ-da yaşamaq istəmədiyini bildirib: ”Mən düşünürdüm ki, Amerika bizi müdafiə edəcək, lakin o məndən övladlarımı aldı. Mən Amerika vətəndaşlığından imtina etməyi düşünürəm.”

Valideynlər oğullarının kimlərinsə güdazına getdiyini iddia edirlər. “Bütün bunların kimə lazım olduğunu biz deyə bilmərik. Bu xüsusi xidmət orqanlarının işidir”-deyə şübhəlilərin atası bildirib. Zubeydat isə- “təkcə onu bilirəm ki, bir oğlumu öldürüblər, o birini isə həbs ediblər”-deyir.

Bu arada Fox News mənbələri məlumat verir ki, ABŞ Konqresində qapalı brifinq zamanı CİA nümayəndələri bildiriblər ki, Tamerlan Tsarnayevin anası iki ildir ki, oğlunun radikal islamçı olduğundan xəbərdardır. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, o ailəsinə göndərdiyi sms-də islam uğrunda ölməyə hazır olduğunu yazıb.

Tsarnayevlər intiqam almayacaqlar, onlar oğullarının meyitini, onun dul qalmış arvadını və oğlunu götürüb gedəcəklər

Hələ bir neçə gün əvvəl Tsarnayevlərin atası aprelin 26-da oğlu Zoxarla görüşmək, Tamerlanın meyitini və onun dul qalmış arvadını Rusiyaya aparmaq üçün ABŞ-a gedəcəklərini bildirmişdi, lakin belə olmadı. Zubeydat Tsarnayeva mətbuat konfransında bu barədə hələlik bir qərar vermədiklərini bildirib. O, oğurluqda ittiham olunduğuna görə həbs ediləcəyi ilə bağlı məlumatları da təkzib edib.

Anzor Tsarnayevin ABŞ-a tək gedəcəyi güman edilir. Bu yaxınlarda keçirilən mətbuat konfransında o deyib: “ Heç kimdən intiqam almayacağam. İstədiyim tək şey gedib oğlumu gətirmək və onu dəfn etməkdir. Mən nə islamçı, nə də ektremistəm”.

Tsarnayevlər jurnalistlərə qohumlarının təhdidlərə məruz qaldığını da deyirlər. “Qohumlarımızı daşa basırlar. ABŞ-dan çıxmalarını tələb edirlər”-deyə onlar bildirir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti