Avropa Qarabağın müstəqilliyini dəstəkləyir

Avropa Qarabağın müstəqilliyini dəstəkləyir
  27 Aprel 2013    Oxunub:1171
«Sizin təlimatlarınızı gözləyən bizlər sadiq xidmətçiləriniz olaraq qalacağıq”.
Bu bəyənatla Xankəndində qarabağlı deputatlarla görüş zamanı Avropa Parlamentinin Yunanıstandan olan deputatı Eleni Teoxarus çıxış edib.

Avropalı parlamentarilər Eleni Teoxarus və erməni soyqırımın tanımayanların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin müəllifi fransaklı Valeri Buaye iki günlük səfərlə Dağlıq Qarabağa gəlib.

AzVision.az Ermənistanın Azadlıq radiosuna istinadən xəbər verir ki, deputatlar ilk öncə Qarabağın görməli yerləri ilə tanış olub, daha sonra qondarma respublika rəsmiləri ilə görüşüblər.

Qarabağa ilk dəfə 25 il əvvəl, könüllü həkim kimi gəldiyini deyən Teoxarus “Biz bu gün Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququnu dəstəkləmək üçün buradayıq” deyib.

Fransa - Dağlıq Qarabağ dostluq qrupunun üzvü, Qarabağa ikinci dəfə səfər edən Valeri Buaye dostluq qrupunun məqsədinin Qarabağı tanıtmaq və burada yaşayan əhali üçün azad və demokratik ölkə qurmaq olduğunu söyləyib.

“Biz Dağlıq Qarabağı tanımalı, bütün dünyaya Qarabağ demokratiyasını və bu ölkənin vətəndalarının azad və müstəqil yaşamaq istəyini nümayiş etdirməliyik”,- deyə fransalı deputat vurğulayıb.



Teqlər:  





Xəbər lenti