Prezident həbs edildi

Prezident həbs edildi
  27 Aprel 2013    Oxunub:1577
Bosniya və Hersoqovina prezidenti həbs olunub
Bosniya və Hersoqovina prezidenti Jivko Budimir ölkənin güc strukturlarının xüsusi əməliyyatı nəticəsində, elə prezident iqamətgahındaca həbs olunub.

Əli qandallı şəkildə iqamətgahdan çıxarılan prezident birbaşa bölməyə aparılıb. Onunla yanaşı, regional sahələrdə çalışan daha 19 məmur saxlanılıb. Yerli informasiya agentliklərinin məlumatına görə, dövlət başçısı və məmurlar korrupsiyaya qurşanmaq və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Jivko Budimir məhbusların amnistiyaya buraxılması zamanı onların ailələrindən böyük məbləğdə rüşvət alımaqda ittiham olunur. Prezidentin mətbuat katibinin sözlərinə görə, Budimir həbs olunandan sonra onun Sarayeva və Mostardakı iqamətgahında axtarışlar aparılıb. Ümumilikdə 20-yə qədər ünvanda əməliyyat aparılıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti