Alim Qasımov gənc müğənni ilə rok oxuyacaq

Alim Qasımov gənc müğənni ilə rok oxuyacaq
  15 Sentyabr 2014    Oxunub:3415
Bəstəkar Tural Bakuvi və müğənni Rəmal Rəsul xalq artisti, muğam ustası Alim Qasımov ilə iş birliyinə başlayıblar. Yeni proyektin yaxın müddətdə tam hazır olacağını bildirən sənətçilər, mahnının çox fərqli olduğunu və çox seviləcəyini bildiriblər.

Sözləri Elxan Cəfərliyə aid mahnının bəstəkarı Tural Bakuvi böyük sənətkar Alim Qasımovla işləməkdən qürur hissi keçirdiyini bildirib:

- “Dünya” adlanan mahnının musiqisi mənə, sözləri Elxan Cəfərliyə aiddir. Mahnı etno-rok üslubundadır. İstedadlı gənc ifaçı Rəmal Rəsul və Alim müəllimin dueti şəklindədir. Proyekt demək olar ki, tamamlanıb və yaxın bir-iki həftə ərzində dinləyicilərin ixtiyarında olacaq. Bu arada, hər kəs bilir ki, Azərbaycanda alternativ etno-rok janrının banisi bizik və düşünürəm ki, bu iş bizdə kifayət qədər uğurlu alınır.

Alim Qasımovun duet ortağı, gənc müğənni Rəmal Rəsul isə deyib ki, `Azərbaycan muğam sənətinin zirvəsi Alim müəllimlə duet oxumaq mənim üçün şərəfdir. Yeni proyektimiz doğurdan da qeyri-adidir. İfaçı və aranjimançı olaraq ilk növbədə bu böyük musiqiyə görə Tural Bakuviyə minnətdarlığımı bildirirəm. Mən bu proyekti konkret bir musiqi janrına aid etməzdim, mahnı muğam, estrada və alternativ-hard-etno rok üslublarının sintezidir. Əslində bu proyektim məzmun baxımından xalq artisti Flora Kərimova ilə oxuduğum “Bağışla” və solo ifa etdiyim “Tənha Gecələr” gecələr mahnılarının davamı da sayıla bilər`.

Muğam ustası Alim Qasımov da öz növbəsində söyləyib ki, rok janrında olan mahnının cəmiyyət ucun maraqli bir layihə olacağına və bəyəniləcəyinə ümid edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti