Zəhərli məktub sahibi tutuldu

Zəhərli məktub sahibi tutuldu
  28 Aprel 2013    Oxunub:1368
Digər təqsirləndirilən şəxs Pol Kevin Kertis azadlığa buraxılıb.
FTB əməkdaşları ABŞ-ın Mississipi ştatındakı Tupelo şəhərində prezident Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirləndirilən karate üzrə məşqçi Ceyms Everett Datçkeni saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyinə Tupelo şəhər polisinin şefi Toni Sarleton bildirib. “Datçke Tupelodakı evində insidentsiz həbs olunub”, - deyə mənbə bildirib.

Xatırladaq ki, ötən həftə zəhərli məktublar göndərməkdə təqsirləndirilən Pol Kevin Kertis azadlığa buraxılıb və ona təqdim olunan ittihamlar geri götürülüb. Məlumata görə, karate üzrə təlimçi işləyən Datçke 2007-ci ildə Mississipi ştatının Nümayəndələr Palatasına namizədliyini irəli sürüb və Pol Kertislə əməkdaşlıq edib. Sonradan onların arasında münaqişə baş verib.



Teqlər:





Xəbər lenti