Amerika Yəhudilərinin təmsilçisi Bilik Fondunda olub

Amerika Yəhudilərinin təmsilçisi Bilik Fondunda olub
  18 Sentyabr 2014    Oxunub:1741
Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov və təşkilatın mətbuat xidmətinin katibi Murad Salmanov Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunu ziyarət ediblər.

Görüş zamanı Rav Shmuel Simantov ilə Fondun rəhbəri Oktay Səmədov arasında iki tərəfli əmədaşlıq haqqında müzakirə aparılıb.

Fond haqqında məlumat verən Oktay Səmədov Yəhudilərlə Azərbaycan xalqının qardaşlığından bəhs edib.

Rav Shmuel Simantov Azərbaycanda gördükləri xoş münasibətdən və tolerantlıqdan danışaraq bildirib ki, tolerantlıq Azərbaycan xalqının qanında, canında var. Bu gün Azərbaycan dünyada öz tolerantlığı ilə seçilir. Bu gözəl nailiyyətlər Mili Lider Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılıb.

Görüş zamanı fondun əməkdaşları ilə Rav Shmuel Simantov arasında maraqlı diskussiya aparılıb.
Sonda fondun rəhbəri Oktay Səmədov Rav Shmuel Simantova hədiyyə təqdim edib.


Teqlər:





Xəbər lenti