Azərbaycanın acı mənzərəsi - Statistika+VİDEO

Azərbaycanın acı mənzərəsi - Statistika+VİDEO
  19 Sentyabr 2014    Oxunub:2974
Əfsuslar olsun ki bir zamanlar dözümlülüyü və uzunömürlülüyü ilə seçilən Azərbaycan ailələrində artıq boşanma adi hala çevrilib.
AzVision.az ans tv-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2013-cü ildə Azərbaycanda 86 min 852 nikah bağlanıb ki, onlardan da 11 min 730 boşanma halı qeydə alınıb. Son 13 il ərzində isə ölkədə 113 min 676 nəfər boşanıb. Bu hələ rəsmi nikahda olub ayrılanların statistikasidir. Qeyri-rəsmi nigahda yaşayanları və adət-ənənə ilə toy etdirsələr də rəsmi nigah bağlamağa üstünlük verməyənləri də nəzərə alsaq onda rəqəm daha da böyük olar. Məhkəmələrdə tez-tez boşanma proseseləri ilə qarşılaşan hüquqşünaslar boşanmada əsas səbəb kimi kişilər tərəfindən zor tətbiq olunması və xəyanət hallarının olmasını göstərir.

Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, boşanmalarda daha çox əziyyət çəkən uşaqlar olur. Əgər ailə boşanma həddinə çatırsa yaxşı olarki, ağsaqqallar bu işə qol qoysunlar və ailəni boşanmadan çəkindirsinlər.

Psixoloqlara görə isə boşanmalar ən çox qısa tanışlıqdan sonra qurulan ailələr arasında baş verir. Çünki tərəflər bir-birini yaxşı tanımadan nikaha girirlər. Bu da sonda ayrılıqla nəticələnir.

İkinci əsas səbəb isə maddiyatdır. Ailə qurulan vaxt oğlan təərfindən gələcək həyat yoldaşına vəd olunan firavan həyat ailə qurduqdan sonra reallaşmadıqda münasibətlər pozulur. Hər iki tərəf özünü hakim qarşısında görür.

Azərbaycanda baş verən boşanma hallarının qarşısını almaq üçün rəsmi dövlət qurumu olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də marifləndirmə işlərini demək olar ki, hər hər gün, hər saat davam etdirir.

Komitənin Hüquqi Təminat Şöbəsinin müdir müavini Vəsilə Mövsümova qeyd edir ki, vətəndaş cəmiyyətləri ilə iş qurulur və komitə regionlarda da boşanma ərəfəsində olan ailələrlə iş aparır.

Boşanmalar zamanı 10 minlərlə uşağın ata, anasız qalacağını düşünsək o zaman boşanan zaman biraz da fikirləşməyə dəyər. Daim fəxrlə təqdim etdiyimiz Azərbaycan ailəsi bu gün ən aşağı göstəricilərlə, çətin durumu ilə həyatda mücadilə edir. Son 13 ildə bu qədər ailənin boşanması artıq fəlakətdən xəbər verir, desək yanılmarıq.




Teqlər:  





Xəbər lenti