Gənclər təşkilatı Rusiyada layihəyə başladı

Gənclər təşkilatı Rusiyada layihəyə başladı
  19 Sentyabr 2014    Oxunub:2133
“Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusu bütün Slavyan ölkələrində müzakirə olunacaq.

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” (ASGA) İctimai Birliyi Rusiyada “Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda yeni layihəyə başlayıb. Müsabiqə-müzakirə formatında təşkil olunacaq layihənin müddəti bir aydır.

Bu barədə saytımıza məlumat verən ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov layihənin əsas məqsədinin Ulu Öndər Heydər Əliyev irsinin dünyada tanıdılması, təbliğ edilməsindən ibarət olduğunu deyib: “Bu istiqamətdə biz bütün Slavyan ölkələrində eyni formatlı layihələr reallaşdırmaq niyyətindəyik. Rusiyada bu istiqamətdə çox böyük işlər görülüb və görülməkdədir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri leyla Əliyevanın fəaliyyəti hər bir QHT üçün örnək olmalıdır. Biz də öz növbəmizdə bu istiqamətdə aparılan işlərdə daha yaxından iştirak etmək niyyətindəyik”.

Layihə təşkilatçıları Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılarının Konqresi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondudur. Layihənin koordinatoru Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilidir. Layihənin bir ay ərzində reallaşması nəzərdə tutulub.

Layihənin informasiya dəstəkçiləri Rusiya tərəfdən İNTERAZ Televiziyası, Azərbaycan tərəfdən isə Aktual.Az, Xeber1.Az, Editor.Az, Azxeber.com informasiya agentlikləridir. 15-30 yaş arası müxtəlif universitetlərdə təhsil alan gənclər 10 oktyabr 2014-cü il tarixədək öz qeyd olunan mövzuda öz yazılarını aşağıdakı ünvana göndərməlidirlər. Nəticələr 15 oktyabr 2014-cü il tarixdə Moskva Millətlər Evində keçirələcək bağlanış mərasimində qeyd olunacaq. Qalibləri müxtəlif diplomlar və hədiyyələr gözləyir. Əlaqə
e-mail: [email protected]
Tel.: +7(925)445-86-43


Teqlər:  





Xəbər lenti