Suriyanın süqutu ABŞ- İran müharibəsinə yol açacaq

Suriyanın süqutu ABŞ- İran müharibəsinə yol açacaq
  29 Aprel 2013    Oxunub:1263
Lindsi Qrem: Əgər ABŞ Bəşər Əsəd rejiminə qarşı qəti tədbirlər görməzsə, bu ilin sonlarına kimi Suriyanın süqutunun şahidi olacağıq.
Amerikalı senator Lindsi Qrem rəsmi Vaşinqtonun Dəməşqlə bağlı tədbirlərini kəskin tənqid edərək, Suriyanın Əl-Qaidə beynəlxalq terror təşkilatının tərəfdarlarının sığınacağına çevriləcəyindən və buradakı kimyəvi silahların terrorçuların əlinə keçəcəyindən dərin narahatlığını ifadə edib.

Onun fikrincə ABŞ “Suriyaya qarşı kursunu” dəyişməlidir və məsələni hərb yolu ilə həll etməlidir. Suriya hərbi hava qüvvələrinin qarşısını almaq üçün raketlər vasitəsilə onların bazaları dağıdılmalıdır. Əks halda ilin sonuna kimi Suriya məhv olacaq.

Qeyd edək ki, ABŞ hökuməti Suriyada davam edən münaqişələr zamanı kimyəvi silahdan istifadə olunduğunu bildirib-Barak Obama administrasiyası hesab edir ki, bu kimi hallar Bəşər Əsədin “üstündən xətt çəkmək” bəs edir. Lakin rəsmi Vaşinqton hazırkı vəziyyətdə Suriyaya hərbi müdaxilənin hələ tez olduğunu, araşdırmaların hələ davam etdiyini bildirir.

Lindsi Qrem Vaşinqtonun Suriyaya hərbi müdaxilə ilə bağlı qərarını ləngitməsinin daha bir müharibəyə yol açağını deyir:
“Əgər biz konkret qərar verməsək İranla ABŞ arasında müharibə başlayacaq”.
Onun fikrincə İran, ABŞ nüvə proqramına o qədər də ciddi yanaşmır deyə Suriyaya qarşı səssizliyini qoruyur.

Öz növbəsində İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, Suriyada müxalifətin zəfəri bölgə üçün təhlükəlidir. İran dövlət başçısının internet səhifəsində paylaşdığı açıqlamada bu ölkədəki qeyri-sabitliyin bölgəni təhlükə altında qoyacağını bildirib.

İranın Suriya rejiminə dəstəyini bir daha nümayiş etdirən Əhmədinejad savaş və iğtişaşlarla hər hansı bir qrupun iqtidara gəlməsinin müharibənin davam etməsinə və uzun müddətli qeyri-sabitliyə səbəb olacağını deyib.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu nazirlərə Suriya məsələsilə bağlı açıqlama verməyi qadağan edib. Netanyahu, İsrailin bu məsələdə beynəlxalq ictimaiyyətə təzyiq göstərdiyi barədə fikirlərin formalaşmasının qarşısını almaq üçün bu addımı atdığını bildirib.

Bundan başqa Kanada təhlükəsizlik və kəşfiyyat xidməti Suriyada onlarla kanadalının həm müxalifət, həm də hökumətin sıralarında vuruşduğunu açıqlayıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti