Baş prokuror əhaliylə görüşüb

Baş prokuror əhaliylə görüşüb
  19 Sentyabr 2014    Oxunub:1570
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Baş prokuror Zakir Qaralov sentyabrın 19-da vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror və Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 30-dan artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.



Teqlər:





Xəbər lenti