Toyundan qayıdan bəy kanalda boğuldu

Toyundan qayıdan bəy kanalda boğuldu
  20 Sentyabr 2014    Oxunub:2375
Bakı sakini olan nişanlı oğlan Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib.
AzVision.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Bakı sakini Rəsulov Fuad Faiq oğlu dostları ilə birgə nişanlısı olan qızın Qazax rayonunda keçirilən toy mərasimindən qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimərkən qəflətən boğularaq dünyasını dəyişib.

Onun meyitini sudan tapıb çıxarmaq hələ ki, mümkün olmayıb. Hazırda hadisə yerində olan FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyitinin tapılması istiqamətində iş aparırlar. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun özünün toy mərasimi olacaqdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti