Bakıda 50 minlik oğurluq

Bakıda 50 minlik oğurluq
  21 Sentyabr 2014    Oxunub:1435
Bakı şəhərinin Səbail rayonunda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, Arif İsmayılov küçəsi 18 ünvanında (20-ci Sahə adlanan ərazi) yaşayan 1953-cü il təvəllüdlü Həsənova Şükufə Muxtar qızı polisə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt oradan xeyli miqdarda qızıl və pul oğurlanıb. Qadın qeyd edib ki, mənzildən ümumilikdə 25 min manat pul və 25 min manat dəyərində qızıl-zinət əşyaları götürülüb.

Hazırda müraciət əsasında əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti