Gənclərə liderlik təlimi təlimi keçirilib

Gənclərə liderlik təlimi təlimi keçirilib
  22 Sentyabr 2014    Oxunub:2688
Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi (DANİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 19-22 sentyabr 2014-cü il tarixlərində Şüvəlanda düşərgə təşkil edib.

30-a qədər gəncin iştirak etdiyi düşərgədə gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Toplantını giriş sözü ilə açan DANİB sədri Elməddin Behbud rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin Azərbaycan dövlətini milli mənafelərini hər şeydən uca tutaraq vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması olduğunu deyib. Dövlət gənclər siyasətinin əsas məqsədləri haqqında danışan DANİB sədri hər zaman milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, dilimizin müdafiəsində durmaqla yanaşı dünyanın qabaqcıl elmi biliklərinə sahiblənməyin də vacibliyini vurğulayıb. Elməddin Behbud DANİB-in qarşıda gözlənilən layihələri haqqında da gənclərlə fikirlərini bölüşüb.



Daha sonra qhtxeber.az saytinin baş redaktoru Senan Najafov düşərgə iştirakçılarının qonağı olub və gənclərin liderlik qabiliyyəti mövzusunda açıq havada təlim keçib. Düşərgə iştirakçılarının böyük maraqla qarşıladığı təlim kütlə qarşısında çıxış, özünü təqdimetmə, motivasiya, PR, NLP, yaddaş texnikaları və digər mövzulara həsr edilib və bir neçə saat davam edib.



Teqlər:  





Xəbər lenti