Bakıda həbsxana yandı

Bakıda həbsxana yandı
  22 Sentyabr 2014    Oxunub:1600
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Ədliyyə Nazirliyinə məxsus 7 saylı cəzacəkmə müəssisəsində yanğın hadisəsi baş verib.
Belə ki, ümumi sahəsi 450 kv.m olan fərdi əmək emalatxanasının yanar konstruksiyaları və içərisində olan 7 ədəd dəzgahın yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti