ASAN Könüllülərindən yeni layihə: `1 Gənc, 1 Hekayə, 1 Uğur`

ASAN Könüllülərindən yeni layihə: `1 Gənc, 1 Hekayə, 1 Uğur`
  22 Sentyabr 2014    Oxunub:1884
“ASAN Könüllüləri“ Gənclər Təşkilatı ictimai birliyinin və “ADA Student Government”inin təşkilatçılığı ilə “1 Gənc, 1 Hekayə, 1 Uğur” layihəsi 21 sentyabr 2014-cü il tarixində ADA Universitetində uğurla həyata keçirilib.

AzVision.az xəbər verir ki, layihədə iştirak edən ilk təqdimatçı peşəkar azərbaycanlı avtomobil dizayneri, Lamborghini şirkətində dizayner kimi çalışmış, İtaliyanın Avropa Dizayn İnstitutunda bakalavr, daha sonra Pforzheim Universitetində nəqliyyat dizaynerliyi üzrə magisr təhsili alan, “Ferrari World Design Contest 2011” yarışmasında “Ferrari Xezri” konsepti ilə çıxış edərək 900 layihə içindən 2-ci yerə layiq görülən, “Volkswagen Group” şirkətinin dizaynerlərindən biri olan Samir Sadıxov oldu.

Layihənin açılış mərasiminində “ASAN Könüllüləri“ Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, “ADA Student Government”inin vitse-prezidenti Turqut Əlizadə və “ 1 Gənc, 1 Hekayə, 1 Uğur” layihəsinin ideya müəllifi Bəxtiyar İslamov layihə haqqında məlumat verərək layihənin gənclərin inkişafı üçün vacibliliyindən söz açıblar. Samir Sadıxov öz həyat yolu, uğurları, çətinlikləri və öz prinsiplərindən danşıaraq gənclərə hər şeyin onların öz əllərində olmasını əyani şəkildə göstərib.

Çıxışdan sonra bir çox gənc öz suallarını Samir bəyə ünvanlayıblar.

Tədbirin sonunda “uğuru bir cümlə ilə ifadə et” müsabiqəsinin qalibi təşkilat tərəfindən hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi fərdi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkmək, bu məqsədlə 20-30 yaş arası, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gəncləri öz bilik və təcrübələrini gənclərlə bölüşmələrini təmin etməkdir. Silsilə şəkilli təlimlərdən ibarət olacaq bu layihədə gənclər uğura necə addımlamağı o yolda irəliləyən insanların özündən dinləyəcəklər.


Teqlər:





Xəbər lenti