Yazıçı Ələviyyə Babayeva dünyasını dəyişdi

Yazıçı Ələviyyə Babayeva dünyasını dəyişdi
  23 Sentyabr 2014    Oxunub:2338
Azərbaycanın tanınmış yazıçı Ələviyyə Babayeva dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, Ə.Babayeva bu gün səhər saatlarında dünyasını dəyişib.

Yazar Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib.

"Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olub. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin ölkəmizin bir çox yerlərində ədəbi tədbirlərdə iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub.

AzVision.az




Teqlər:





Xəbər lenti