Rayonlara qar yağdı

Rayonlara qar yağdı
  24 Sentyabr 2014    Oxunub:2567
Qəbələdən sonra Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Qax rayonu ərazisinə qar yağıb.
Dağlara yağan qar rayonun yüksək dağ kəndlərində havanın temperaturunu da aşağı salıb.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, Qax rayonunun yüksək dağ kəndləri olan İlisu və Sarıbaş kəndlərini əhatə edən dağ zirvələri ağ örpəyə bürünüb. Sentyabr ayında qarın yağması xarakterik olmasa da, İlisu kənd ağsaqqalları hadisəni bu ərazinin dəniz səviyyəsindən yüksək olması ilə əlaqələndirirlər.

Qeyd edək ki, İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Qarın yağdığı dağ zirvələri isə dəniz səviyyəsindən 3462 metr yüksəklikdədir. Bu ərazilərdə qış fəslində sərt, soyuq hava müşahidə olunur.


Teqlər:





Xəbər lenti