Xaçmazda toy yasa döndü - Faciə

Xaçmazda toy yasa döndü - Faciə
  27 Sentyabr 2014    Oxunub:1982
Ötən gecə Xaçmaz rayonunda toy zamanı qohumlar arasında qətl hadisəsi baş verib.
Şadlıq evlərinin birində toy gedən zaman dayıoğlu bibioğlu arasında mübahisə baş verib.

1982-ci il təvəllüdlü Saleh Hacıyevlə 1986-cı il təvəllüdlü Rüfət Xeyrullayev arasında mübahisə olub. Mübahisə zamanı Saleh Hacıyev pilləkəndə dayanan dayısı oğlu Rüfət Xeyrullayevi itələyib. Nəticədə Rüfət yıxılıb və başı pilləkənə dəyib.

Hadisədən sonra Rüfət Xeyrullayev qalxaraq evə gedib. Lakin sonradan halı pisləşib və dünyasını dəyişib.

Hadisəni törədən Saleh Hacıyev saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.(ans)


Teqlər:  





Xəbər lenti