FHN qadını xilas etdi

FHN qadını xilas etdi
  28 Sentyabr 2014    Oxunub:1386
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 2-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:20-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti