Özünü öldürmək istədi, amma...

Özünü öldürmək istədi, amma...
  28 Sentyabr 2014    Oxunub:2373
Masallıda intihara cəhd faktı qeydə alınıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Kalinovka kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Əlyar Şakir oğlu Fərəcov özünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Ə.Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Onun intihara cəhd etməsinin səbəbi açıqlanmır.

Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.


Teqlər:





Xəbər lenti