Toyda dava düşdü - Ölən var

Toyda dava düşdü - Ölən var
  29 Sentyabr 2014    Oxunub:2138
Qohumlar arasında bıçaqlanan və xəsarət alanlar da var
Bu gün Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb, ölən və yaralananlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, baş vermiş dava nəticəsində 1993-cü il təvəllüdlü Elnur Mehman oğlu Məmmədov və Elmidar Eldəniz oğlu İsmayılov bıçaqlanıb, Nizami Abbasov, Nəzakət Abbasova, Elmir Məmmədov isə döyülərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Mərkəzi rayon Xəstəxanasına gətiriliblər.


Xəsarət alan Nəzakət Abbasovanın bildirdiyinə görə, onlar Bakının Suraxanı rayonundan bacısı oğlunun Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən toy mərasimində iştirak etmək üçün gəliblər: “Oğlanlarım toyda yardım edirdilər, birdən oğlum Elnur Məmmədovun bıçaqlandığını dedilər, ondan sonra ara qarışdı. Bıçaqlanan Elmidar İsmayılov da qardaşımın oğludur”.

Nəzakət Abbasovanın özü, digər oğlu və daha bir neçə qohum da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, bıçaqlanan Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb, o xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.


Teqlər:  





Xəbər lenti