Əməkdar artist xəstəxanaya düşdü - VİDEO

Əməkdar artist xəstəxanaya düşdü - VİDEO
  30 Sentyabr 2014    Oxunub:3404
Əməkdar artist Süleyman Zeynalov sağlamlığındakı narahatlıqlara son qoymaq üçün həkimlərə üz tutub.
Eşitdiyi acı gerçək isə onu şoka salıb. Amma buna baxmayaraq o, sağlamlığa qovuşmaq uğrunda mübarizə aparır.

Anspress-in məlumatına görə, əməkdar artist Süleyman Zeynalov deyib ki, əsəbdən ayaqları tutulub.

"Bilirsiniz ki, mən həmişə 15 yaşındakı oğlan kimi olmuşam. Lakin sonra əsəbdən ayaqlarım tutulmağa başladı", - deyə Süleyman Zeynalov bildirib.

Süleyman Zeynalov səhhətində baş verən qəfil problemlər səbəbindən həkimə müraciət edib. Müayinə zamanı isə onun onkoloji xəstəliyə düçar olduğu məlum olub: “15 gün bundan əvvəl hər gecə titrəyirdim. Bunların hamısı əsəbdəndir. Çıldağa qədər getmişəm, sonra qaşınırdım və titrəyirdim”.

Süleyman Zeynalov bu gün əməliyyat olunub.




Teqlər:





Xəbər lenti