İspaniya qarın əsiri oldu

İspaniya qarın əsiri oldu
  30 Aprel 2013    Oxunub:1279
İspaniya Şimal yarımkürəsində hökm sürən yaz fəslində nadir rastlanan qeyri-sabit hava ilə mübarizə aparır.
Qəfil yağan qar və dolu ölkənin 26 əyalətində həyatı cəhənnəm əzabına çevirib. Əhalini hazırlıqsız yaxalayan əlverişsiz hava normal həyatı iflic edib. Yerli hakim dairələr yağıntı səbəbi ilə bir sıra məktəblərdə və dövlət idarələrində tətil elan etməli olub. Yollarda baş verən qəzalar isə xilasetmə işlərini çətinləşdirib.

Əhaliyə lazım olmadığı halda evdən çıxmamaq tapşırılıb. Hidrometreologiya idarəsinin məlumatına görə, bəzi yerlərdə yağan qarın hündürlüyü 18 santimetrə çatıb. Bildirilir ki, qarlı hava həftənin sonlarına kimi davam edəcək.


Teqlər:





Xəbər lenti