Kərzayi ABŞ-dan küllü miqdarda pul alıb

Kərzayi ABŞ-dan küllü miqdarda pul alıb
  30 Aprel 2013    Oxunub:1328
Amerika Birləşmiş Ştatlarınada dərc olunan "Nyu-York Tayms" qəzeti maraqlı iddia ortaya atıb.
Nyu-York Times bildirib ki, Əfqanıstan prezidenti Həmid Kərzayi hər ay Vaşinqtondan külli miqdarda pul alıb. Qəzet bu pulların Mərkəzi Kəşfiyyat idarəsinin əli ilə prezidentə ötürüldüyünü bildirib. Qeyd olunub ki, bu pullar vasitəsilə Amerika Kərzayini və yaxın ətrafını əlində saxlamağı planlaşdırıb.

Hətta Taliban hərəkatı ilə əlaqəli olan daha bir neçə siyasətçiyə də bu pullardan pay düşüb. Baş verənlər Kərzayi administrasiyası tərəfindən artıq təsdiqini tapıb. Bildirilib ki, həqiqətən Mərkəzi Kəşviyyat idarəsindən pul alınıb. Amma iddia edildiyi kimi milyonlarla dollar yox.Bu pulların isə hökuməti saxlamaq üçün xərcləndiyi bildirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti