“Azərbaycan İnterneti üçün ciddi fəsadlara gətirib çıxara bilər”

“Azərbaycan İnterneti üçün ciddi fəsadlara gətirib çıxara bilər”
  30 Aprel 2013    Oxunub:1426
“KİV haqqında qanunda İnternet də KİV kimi göstərilib”
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələrə İnternetin də əlavə edilməsi müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Yeni təkliflərə görə İnternetdə böhtan və təhqirlərə görə müxtəlif miqdarda cərimələrdən tutmuş 6 ayadək müddətdə azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

AzVision.az xəbər verir ki, məsələ ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz facebook səhifəsində belə münasibət bildirib:

“KİV haqqında qanunda İnternet də KİV kimi göstərilibsə və hətta bununla bağlı məhkəmələrdə bir neçə işlərə də baxılıbsa, artıq kimlərsə hətta bu məsələlərə görə həbs də edilibsə yenidən bunun ayrıca qeyd edilməsinə görəsən ehtiyac vardımı ?

İnternetin spesifikliyi ilə bağlı ( İnternet resursun fiziki olaraq xaricdə yerləşməsi, konkret sahibinin müəyyən olunması mümkün olmayan digər onlayn mənbələrdən istifadə edilməsi, Forumlarda və çatlarda edilən müzakirələrdə qeyd olunanlar – lakin sonradan silinənlər, anonim situasiyalar və s) bütün bunlar görəsən necə tənzimlənəcək ?
Dəyişikliklərdə böhtan və təhqirin kütləvi nümayişindən söhbət gedir İnternetdə kütləvi yayma dedikdə məhkəmələr nəyi əsas götürəcək ?

Fikrimcə əgər normal tənzimləmə olmasa, təklif olunan dəyişikliyin normal tətbiq mexanizmi yaradılmasa, bu tip işlərin məhkəmə baxışı üzrə təcrübə, həmçinin mütəxəssilər olmasa bu Azərbaycan İnterneti üçün ciddi fəsadlara gətirib çıxarda bilər”.


Teqlər:  





Xəbər lenti