50 məktəbdə telefona qadağa qoyulub

50 məktəbdə telefona qadağa qoyulub
  30 Aprel 2013    Oxunub:1357
Mobil telefondan istifadəsini minimuma endirmək məqsədilə maarifləndirmə kampaniyasına start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, irəli sürüldüyü ilk dəqiqələrdən ictimaiyyət tərəfindən böyük dəstək qazanan təşəbbüslərdən biri də məktəblərdə mobil telefonlardan istifadəyə qoyulan qadağa olub.

Mobil telefondan istifadənin həm tədris prosesini pozması, həm də insan səhhətinə mənfi təsiri nəzərə alınaraq xüsusən şagirdlərin mobil telefondan istifadəsini minimuma endirmək məqsədilə maarifləndirmə kampaniyasına start verilib. Artıq paytaxtın 50-dən çox məktəbində şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulub.

Anar





Teqlər:





Xəbər lenti