İcra başçısının qəzaya düşən oğlu Türkiyəyə aparıldı

İcra başçısının qəzaya düşən oğlu Türkiyəyə aparıldı
  07 Oktyabr 2014    Oxunub:3344
Bir neçə gün öncə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillərin toqquşması xəbərini vermişdik.

“Qafqazinfo” ucnoqta.az-a istinadən xəbər verir ki, yaralı vəziyyətdə xəstaxanaya çatdırılan icra başçısının 26 yaşlı oğlu İlham Əsgərli burda bir müddət xəstəxanada qalmış, ona ilkin tibbi yardımlar göstərilsə də vəziyyəti həddən artıq pisləşib, burdakı həkimlərin ona heç bir köməklik edə bilməyəcəyi məlum olub. Nəticədə icra başçısının oğlu yaralı vəziyyətdə xüsusi təyyarə ilə Türkiyəyə aparılıb. Hal-hazırda Türkiyədəki xəstəxanalardan birində olan İlham Əsgərlinin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Məsələ ilə bağlı İlham Əsgərlinin atası Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, qəza nəticəsində “Hovo”markalı yük maşınında olan iş adamı MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri, Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişmiş, digər avtomobili idarə edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 26 yaşlı oğlu İlham Əsgərli isə ağır yaralanmışdı.


Teqlər:





Xəbər lenti