Göygöldə avtobus qəzası - 2 ölü, xeyli yaralı var (Yenilənib)

 Göygöldə avtobus qəzası - 2 ölü, xeyli yaralı var (Yenilənib)
  09 Oktyabr 2014    Oxunub:2802
Bakı-Qazax yolunda baş vermiş dəhşətli qəzada yaralılardan 20 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyevin Anspress-ə verdiyi məlumata görə, daxil olan yaralıların çoxunun xəsarətləri yüngül olduğu üçün müalicə üçün evə buraxılıblar.

Xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 1963-cü il təvəlüldlü Gülşən Dursun qızı Alıyeva, 1968-ci il təvəllüdlü Həmayıl Cahangir qızı Süleymanova, Nabat Qurban qızı Hacıyeva, 1953-cü il təvəlüdlü Hürü Mustafa qızı Ayvazova, 1993-cü il təvəlüldlü Bəhruz İlham oğlu Mamedov, sürücü 1985-ci il təvəllüdlü Vasif Əli oğlu Osmanov və 1968-ci il təvəllüdlü Dilavər Məhəmməd qızı Şəmsiyeva hazırda həkim nəzarətindədir.

Yaralılardan Vasif Osmanov və Dilavər Şəmsiyevanın vəziyyəti daha ağırdır.

Bundan başqa, yaralılar içərisində 13 yaşlı Fuad adlı uşaq da olub. Lakin onu başqa xəstəxanaya aparıblar. Qəzada 2 nəfər ölüb.

Xatırladaq ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 40 yaxın sərnişinin yarandığı deyilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunub müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlayıblar. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:40-da başa çatıb.


Teqlər:  





Xəbər lenti