Prezident əməkhaqqını kasıblara paylayacaq

Prezident əməkhaqqını kasıblara paylayacaq
  01 May 2013    Oxunub:1146
O, özü qazanmaq üçün deyil, qazandıqlarını kasıblara xərcləmək üçün seçildiyini bildirib
Paraqvayın yeni seçilən prezidenti Orasio Kartes alacağı əməkhaqqını evsiz, eləcə də xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə xərcləyəcəyini açıqlayıb.

Ölkənin 25 nəhəng şirkətinin rəhbəri olan Kartes özü qazanmaq üçün deyil, qazandıqlarını kasıblara xərcləmək üçün seçildiyini bildirib. Kartes yoxsulluqla mübarizə aparacağını da vurğulayıb.)

Bu arada, ölkədə Denqe epidemiyasından 48 nəfər ölüb, 70 min nəfər isə bu virusun daşıyıcısına çevrilib. Bu epidemiya həşəratlar vasitəsilə yayılır.


Teqlər:  





Xəbər lenti