Yerevanda ara qarışdı

Yerevanda ara qarışdı
  01 May 2013    Oxunub:1175
Ovannesyandan sonra Levon Ter Petrosyanın tərəfdarları Yerevanda mitinq keçirir
11 aylıq fasilədən sonra Yerevanda Levon Ter Petrosyanın tərəfdarları mitinq keçirib.Mitinqdə çıxış edən Ermənistan Milli Konqress partiyasının rəhbəri Aram Manukyan bir ilə yaxındır aksiya keçirmədiklərinə görə tərəfdarlarından üzr istəyib.

Ağsaqallar Şurasına seçkilər ərəfəsində keçirilən mitinqdə Manukkyan ölkədəki çatışmazlıqları diqqətə çatdırıb. Yerevanda su təchizatı, zibil daşınması və digər kommunal məsələlərlə bağlı ciddi problemlər olduğunu deyən Manukyan qarşıdakı seçkilərin ümumrespublika əhəmiyyətli seçkilər olduğunu qeyd edib.

Aram Manukyan müxalifəti birləşməyə və paytaxt Yerevanı hakim Respublika partiyasının əlindən almağa, Sərkisyanı siyasi inhisarçılıqdan məhrum etməyə çağırıb.


Teqlər:





Xəbər lenti