Daha bir ana və körpə ölümü

Daha bir ana və körpə ölümü
  09 Oktyabr 2014    Oxunub:1953
Azərbaycanda daha bir ana və uşaq ölümü baş verib.
Hadisə bu gün günortadan sonra Xaçmaz rayon xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Arzu Rəhim qızı İsmayılova və onun körpəsi doğuş zamanı ölüb.

Hazırda dünyasını dəyişən ananın qohumları xəstəxanadadır. Onlar həkimləri məsuliyyətsizlikdə ittiham edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.(Anspress)


Teqlər:





Xəbər lenti