Qorbaçovun vəziyyəti pisləşdi

Qorbaçovun vəziyyəti pisləşdi
  10 Oktyabr 2014    Oxunub:2467
SSRİ-nin sabiq prezidenti, Nobel mükafatı laureatı Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

Bu barədə Qorbaçovun özü Rusiya mətbuatına açıqlama verib.

Sabiq prezident bildirib ki, onun vəziyyəti dünəndən pisləşib.

"Son 7 gündə mənim vəziyyətim gah yaxşı olurdu, gah da pisləşirdi. İndi mən xəstəxanadayam. Vəziyyətim kəskinləşib. Nəzarət altındayam. Bütün bədənim sistemə qoşulub. Çox ağır haldayam", deyə Qorbaçov bildirib.

Qeyd edək ki, son vaxtlar Qorbaçovun vəziyyəti tez-tez pisləşir. Hətta bir müddət əvvəl sosial şəbəkələrdə onun öldüyü barədə xəbərlər də yayılmışdı. (anspress)



Teqlər:  





Xəbər lenti