Rusiyada daha bir xəstəxana yandı

Rusiyada daha bir xəstəxana yandı
  01 May 2013    Oxunub:1480
Rusiyada ruhi xəstələr üçün nəzərdə tutulmuş xəstəxanalarının birində yanğın baş verib.
Bu dəfə Tambov yaxınlığındakı xəstəxana yanıb. 1 nəfər ölüb. Bununla yanaşı xəstəxana əməkdaşları 50 xəstəni evakuasiya edə biliblər.

Yanğın ruhi xəstələrdən birinin günahı ucbatından baş verib. Yatağında siqaret çəkən qadının yorğanına od düşüb. Qadın yanaraq ölüb. Bina taxtadan olduğundan alov sürətlə yayılıb.
Yansöndürmə məntəqəsi yaxınlıqda yerləşdiyinə görə yanğının ətraf binalara keçməsinin qarşısını vaxtında almaq olub.

Xatırladaq ki, aprelin 26-da Rusiyanın Ramenski qəsəbəsində yerləşən xəstəxanada baş vermiş yanğın nəticəsində 38 nəfər həyatını itirib. Yalnız 3 nəfərin həyatını xilas etmək mümkün olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti