Departament Timoşenkoya azadlıq istədi

Departament Timoşenkoya azadlıq istədi
  01 May 2013    Oxunub:1277
ABŞ Dövlət Departamenti Yuliya Timoşenkonu azad etməyə çağırıb.
“Qaz məsələsi”nə görə yeddi il azadlıqdan məhrum edilən Ukraynanın eks-baş naziri Yuliya Timoşenko azad edilməlidir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ötən gün Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrel məlumat verib.

“Biz bir daha eks baş nazir Timoşenkonu azad etməyə və Ukraynada davam edən siyasi repressiyalara son qoymağa çağırırıq”, - Ventrel Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını şərh edərkən deyib.

Qeyd edək ki, ötən gün Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın keçmiş baş naziri Timoşenkonun “qaz məsələsi” ilə əlaqədar prosesi getdiyi zamanı həbsinin qeyri-qanuni olduğu haqda qərar çıxarıb. Qərar Avropa İnsan Haqları Məhkəməsinin kovensiyasının 5-ci maddəsinə əsasən çıxarılıb. Bu haqda rəsmi məlumat aprelin 30-da məhkəmənin veb səhifəsində yerləşdirilib.


Teqlər:  





Xəbər lenti