Daha bir ştat “erməni soyqırımı”nı tanıdı

Daha bir ştat “erməni soyqırımı”nı tanıdı
  01 May 2013    Oxunub:1311
Yeni Cənubi Uels Parlamenti erməni, assur və yunan genosidlərini tanıyıb.
Avstraliyanın Yeni Cənubi Uels ştatının parlamentində qondarma erməni ,assur və yunan soyqırımlarının tanınması ilə bağlı akt yekdilliklə qəbul edilib. Qeyd edək ki, bir müddət əvvəl Assur Ümumxalq Alyansı, Avstraliyanın Yunan Şurası və Erməni Milli komitəsi “soyqırımlarının” tanınması ilə bağlı qanunverici orqana müraciət etmişdilər.

Sözügedən parlamentin deputatı Fred Nil bu məsələnin qanunverici orqan qaşısında dəfələrlə qaldırıldığını , hələ 1997-ci ildə “erməni genosidi”nin tanınması ilə bağlı qətnamə qəbul etdiyini bildirib. “Bu hadisələrə görə kimisə günahlandırmaq fikrimiz yoxdur, bu bir tarix məsələsidir və tarix yer üzündən silinə bilməz. Biz olanları daim xatırlamalı və düzünü deməliyik”-deyə parlamentari bildirib.

Lakin Fred Nil bir şeyi unudur: əgər olanları xatırlayırsa, deməli günahkarı da tanıyır. Bu baxımdan ya günahkarın adını deməli, ya da erməni yalanlarına dəstək verdiklərini etiraf etməlidir. Hər halda o, ikincini seçir...

Xatırladaq ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının parlamenti hələ 1997-ci il aprelin 17-də qondarma erməni soyqırımının tanıyan və Osmanlı İmperiyasını ittiham edən akt qəbul edib. Bu dəfə isə məlum olduğu kimi həmin qərarını yeniləyib və qəti qərar qəbul etdiyini açıqlayıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti