Fransada müsəlmanların təhqir olunması çoxalıb

Fransada müsəlmanların təhqir olunması çoxalıb
  02 May 2013    Oxunub:1154
Fransada müsəlmanların təhqir olunması halları cari ilin birinci rübündə xeyli artıb. Bu barədə Parisdə gündəlik nəşr olunan “Obsevateur” qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, polis və jandarma qüvvələri 2013-cü ilin birinci rübündə müsəlmanlara qarşı 50 təhqir faktı qeydə alıblar. Bu isə 2012-ci ilin birinci rübü ilə müqayisədə 25 faiz çoxdur.

Qəzet müsəlmanlara qarşı xoşagəlməz hadisələrin artmasının səbəbini son vaxtlar radikal islamçıların müxtəlif ölkələrdə törətdikləri terror aktları, avropalıların oğurlanması faktları ilə əlaqələndirir.


Teqlər:





Xəbər lenti