5 vaqon depoya gətirilib - FOTOLAR

5 vaqon depoya gətirilib - FOTOLAR
  02 May 2013    Oxunub:11091
“Yeni qatarlar isti və soyuq hava şəraitinə asanlıqla uyğunlaşır və deformasiyaya uğramır”.
Bakı Metropolitenin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq modernləşdirilmiş vaqonlar elektrik deposunda sınaqdan çıxarılır.


Ötən ilin sonlarında əsaslı təmir və modernləşdirmə məqsədilə Tbilisi elektrik qatarlarının təmiri zavoduna göndərilmiş bir qatar tərkibini formalaşdıran 5 vaqon artıq «Nərimanov» elektrik deposuna gətirilib. Hazırda vaqonlarda son sazlama işləri aparılır və qatar depo yollarında sınaqdan çıxarılır.

Depo rəisinin təmir üzrə müavini Aydın Bəkirov qeyd edir ki, 25 ildən bəri istismarda olan bu vaqonların əsaslı təmirə ehtiyacı var idi:

- Yeniliyin üstünlüklərindən çox söz açmaq olar. Ən vacibi, onlar yeni nəsil istehsalıdır, qulluğu və istismarı xeyli sadə və asandır. Yəqin ki, qatar stansiyada dayananda, sərnişinlər də uğultuya bənzər kiçik səs-küy eşidirlər. Bu səs məhz həmin sistemdən yaranır. Həmin vaqonlarda artıq bu səs-küy olmayacaq.

Sərnişinlərin hiss edəcəyi dəyişikliklər sırasında vaqonun yeniləşmiş xarici və daxili rəng boyasını, maşinist kabinəsindəki elektron istiqamət göstəricisini qeyd olunur.

Tutacaqların pasdan təmizlənməsi, oturacaqların antivandal yumşaq materialdan olması göstərilə bilər. Tavandakı hava kanalı da köklü şəkildə dəyişdirilib.

A.Bəkirov qeyd edir ki, qapılar da əvvəlkindən fərqli olaraq daha etibarlıdır. Onun silindrləri modernləşdirilib, qapı asılqanında əvvəlki separator sisteminin əvəzinə, diyircəkli yastıqlar qoyulub.

Maşinist kabinəsinin ön şüşələri daha etibarlı və təhlükəsizdir. İsti və soyuq hava şəraitinə asanlıqla uyğunlaşır və deformasiyaya uğramır. Məşhur «Şevrole» şirkətinin istehsalı olan bu ikiqat şüşələrin daxili qoruyucu təbəqəsi var.

Yan güzgülər də həm ölçülərinə, həm də funksionallığına görə tam fərqlidir. Maşinist güzgü şüşələrini idarəetmə pultundan avtomatik tənzimləyə və idarə edə bilir.
Maşinist idarəetmə sistemi artıq tamamilə elektronlaşdırılıb


Yeniliklər çoxdur. Lakin, ən vacibi, bu modernləşdirilmə idi. Uzun illər əvvəl olsa da, metropolitendə vaqonların əsaslı təmiri aparılmışdı. Lakin ilk dəfə idi ki, belə modernləşdirilmə bu həddə aparılırdı. Bunun sayəsində daha bir qatar tərkibinə qulluq xeyli asanlaşacaq, sərnişinə xidmət səviyyəsində də bu, əksini tapacaq.

Mirvari

Qalereya




Teqlər:  





Xəbər lenti