Gecə saatlarında daha bir yol qəzası, bir ölü

Gecə saatlarında daha bir yol qəzası, bir ölü
  03 May 2013    Oxunub:1656
24 yaşlı gənc qəzanın qurbanı olub
Xaçmaz rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 02.05.2013-cü il tarixdə saat 02.00 radələrində 40 yaşlı Xaçmaz rayon sakini Novruzov Novruz Sadəddin oğlu idarə etdiyi "Mersedes-Benz E-220 CDİ" markalı maşınla, yoldan keçən piyadanı vurub. 24 yaşlı piyada Həsənov Həsən Əsədulla oğlu aldığı xəsarətlərdən Xaçmaz rayon Mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.




Teqlər:





Xəbər lenti