AB-dən yeni səfir göndərildi

AB-dən yeni səfir göndərildi
  03 May 2013    Oxunub:1315
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Bundan sonra nümayəndəliyə isveçli diplomat Malena Mard rəhbərlik edəcək. AzVision.az-ın verdiyi xəbərə görə, müvafiq təyinat dünən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanıb.

Qeyd edək ki, Malena Mard hazırda İsveç Xarici İşlər Nazirliyində Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışır. O bundan əvvəl ölkəsinin Sankt-Peterburq, Dəkkə və Brüsseldəki nümayəndəliklərində çalışıb. Malena Mard bu postda Roland Kobianı əvəzləyəcək.



Teqlər:  





Xəbər lenti