Azay Quliyev amerikalı təmsilçilərlə görüşüb

Azay Quliyev amerikalı təmsilçilərlə görüşüb
  04 May 2013    Oxunub:1318
Şura sədri Azərbaycanda Parlament TV-nin yaradılmasının çox müsbət hal olacağını diqqətə çatdırıb.
Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ilə ABŞ-ın Olbani şəhərinin Nyu-York dövlət universitetinin böyük texniki məsləhətçisi, Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndəsi Sladjana Bijelic və Nyu-York dövlət universitetinin əlaqələndiricisi, Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndəsi Susan Crovdy arasında görüş keçirilib.

Görüşdə Azay Quliev Şuranın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, bu yaxınlarda Şura ilə USAİD arasında anlaşma memorandumunun imzalandığını xatırladıb.

O həmçinin, İctimai İştirakçılıq haqqında qanunun hazırlandığını və bununla da vətəndaş cəmiyyəti institutlarının qərar qəbuletmə prosesində birbaşa iştirakının təmin oluna biləcəyini bildirib.

Şura sədri Azərbaycanda Parlament TV-nin, Parlamentdə böyük elektron kitabxananın yaradılmasının çox müsbət hal olacağını diqqətə çatdırıb.

Daha sonra qonaqlar qeyd ediblər ki, USAİD-in Azərbaycan parlamenti ilə bağlı həyata keçirdiyi proqramı 2011-ci ildə başa çatıb və indi onlar yeni bir proqram üzərində işləyirlər. Qonaqlar təmsil etdiyi qurumun hazırda dünyada 40-dan çox ölkənin parlamentləri ilə işlədiyini bildiriblər və bu parlamentlərin inkişafı üçün köməklik göstərdiklərini qeyd ediblər.


Teqlər:





Xəbər lenti