Tarantino kinodan gedir
Amerika kino bazarında xarici distribyutorları qarşında çıxışı zamanı rejissor bildirib ki, ssenari yazmağa davam edəcək.
“Mən hesab edirəm ki, səndən getməyi yalvarana kimi sənətdə qalmaq lazım deyil. Səndən hələ də yeni nəsə gözlədikləri zaman getmək ideyası çox xoşuma gəlir”, -deyə Tarantino vurğulayıb.
O, eyni zamanda vurğulayıb: “Bu o demək deyil ki, daha sonra yaxşı film ideyası yarandığı zaman mən həmin filmi ekranlaşdırmayacam”.
“Kriminal Qirayət” filminin rejissoru bundan sonra nə edəcəyi barədə sualı isə belə cavablandırıb: “Ssenari və kitab yazmağı davam etdirəcəm və qocalığı şərəflə qarşılayacam. Rejissorluq isə gənclər üçün olan oyundur”.
Eldar Tanrıverdiyev