`Oğurluq etməyimi özümə bağışlamıram` - Xalq artisti

`Oğurluq etməyimi özümə bağışlamıram` - Xalq artisti
  12 Noyabr 2014    Oxunub:2589
Aktyor gənc yaşlarında oğurluq etdiyinə görə peşmandır
AzVision.az xəbər verir ki, bu sözləri xalq artisti Arif Quliyev “Düzünü desək” verilişinə açıqlamasında deyib.

Aktyor gənc yaşlarında oğurluq etdiyini etiraf edib:

“Hər bir insanın həyatında elə hallar olur ki, adam ya özünü, ya da başqasını bağışlamır. 1976-cı ildə 23 yaşım var idi. İncəsənət Universitetində oxuyur, yataqxanada qalırdım. Bir gün televizora baxırdım. Axşam saat 7-8 ərəfəsi idi. Yeməyə çörəyim yox idi. Bir də gördüm dənizi göstərirlər, dənizçilər balıq tutur. Fikirləşdim ki, o balıqlardan necə əldə edə bilərəm. Səhərdən də heç nə yeməmişəm. Düşündüm ki, axşamçağıdır, gedim vağzala, adamlar gələndə çamadanlarına kömək edim, nə versələr - balıq, çörək alım. Yasamaldan piyada 28 May metrostansiyası tərəfə getdim. Pencəyim də yox idi, soyuq idi. Bu zaman iki nəfər məni itələdi ki, bu vaqonlar bizlikdir. Onları aldatdım ki, gedin onuncu vaqonda sizi çağırırlar. Yıxılmışdım, yazıqları gəldi, getdilər. Bir qadın mənə yeşiklər verdi ki, daşı. Birdən biri düşdü, yeşik dağıldı. Gördüm ki, balıqlar. Düşündüm: mənə bu, nə qədər pul verəcək ki, gedib balıq alacam. İkisini oğurladım. Gətirib içini təmizləmədən, köhnə qazan tapdım, suda qaynadıb yedim. Hələ də oğurluq etməyimi özümə bağışlaya bilmirəm”.(axsam.az)


Teqlər:  





Xəbər lenti