`Türkvision-2014` Kazanda keçiriləcək
Vokalçıları beynəlxalq münsiflər heyəti qiymətləndiriləcək. Müsabiqənin keçirilməsi qaydalarına görə, hər bir iştirakçı ölkə münsiflər heyətinə bir nümayəndə göndərəcəkdir.
Bu musiqi yarışına iyulun 18-də Kazanda rəsmi start verilib. Bundan sonra müsabiqədə iştirak etmək arzusunda olduğunu bildirmiş ölkələrdə və regionlarda yerli ifaçılardan sifarişlərin qəbulu başlanıb. Daha sonra ən yaxşı ifaçıları müəyyənləşdirmək üçün hər yerdə milli seçmə turları keçirilib.