Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekrana çıxmasının 50 illiyi qeyd olunub.
Mədəniyyət və Turizm Nazirliyinin ,Dövlət Film fondunun təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev , Möhsün Sənani, Ağahüseyn Cavadov , Anatoli Falkoviç kimi sənətkarlar yad edilib, çəkilişlərlə bağlı maraqlı hadisələrdən söz açılıb. Həmçinin film ilə bağlı tədqiqat işinin müəllifi Andrey Vyatkin də maraqlı söhbəti ilə yadda qalıb.
Yubileyin ən maraqlı məqamlarından biri filmdə çəkilmiş aktyorlar arasında xaricdə yaşayan bir neçə nəfərin tədbirdə iştirak etməsi üçün Bakıya gəlməsi olub.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və sənət adamları və digər qonaqlar iştirak ediblər.