Deputat saxta tariximizi araşdırıb

Deputat saxta tariximizi araşdırıb
  13 Noyabr 2014    Oxunub:2113
Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” adlı yeni kitabı çapdan çıxıb.

“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr olunan 664 səhifəlik kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

Bu, Fazil Mustafanın 2014-cü ildə işıq üzü görən ikinci kitabıdır. Bir sıra elmi nəşrlərin müəllifi olan Fazil Mustafanın bu kitabı tariximizə ənənəvi yanaşmadan fərqli fikir və mülahizələri əks etdirdiyindən, müzakirə və mübahisəyə açıqdır.

Yazar milli kimlik fenomeninin tarixi inkişaf yolunu əhatəli şəkildə tədqiq edərək, Azərbaycan türklərinin keçmişi və bu günü arasında obyektiv bir bağ qurub. Tarixə yönəlik tədqiqatlarda yanlış metodologiyadan qurtulmaq üçün müəllif iki istiqamətin daha obyektiv araşdırılmasını nəzərdə tutur: birincisi, Azərbaycan türklərinin ümumtürk tarixi kontekstində bilavasitə əraziyə indeksli olmayan etnik tarixinin obyektiv tədqiq olunması; ikincisi, tarixin qədimliyinin deyil, bu günümüz üçün faydalı məqamlarının axtarışına üstünlük verilməsi.

Kitab tarixi gerçəkləri öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti