Paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
  05 May 2013    Oxunub:1550
Bakıda keçirilən beynəlxalq velosiped tururunun sonuncu mərhələsinə start verilib.
Bu gün Bakıda sonuncu mərhələsi keçirilən “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu ilə bağlı paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V. Əsədov bildirib ki, paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Hüseyn Cavid prospekti, İnşaatçılar prospekti, S. Vurğun küçəsi, Bülbül küçəsi, Zərifə Əliyeva prospekti, Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsi və Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

V. Əsədov sürücülərə və şəhər sakinlərinə müraciət edib ki, göstərilən istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.



Teqlər:





Xəbər lenti