Həbs olunan vətəndaşlarımızla bağlı açıqlama

Həbs olunan vətəndaşlarımızla bağlı açıqlama
  07 May 2013    Oxunub:1312
Təbrizdə həbs olunan iki Azərbaycan vətəndaşının işinə tez bir zamanda baxılacaq
AzVision.az "İribnews"a istinadən xəbər verir ki, bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib.

Vətəndaşların həbsi ilə bağlı Təbriz prokurorluğundan məlumat aldığını deyən baş prokuror, həbsin səbəblərinin araşdırıldığını, bununla bağlı tez bir zamanda məlumat verəcəklərini vurğulayıb.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.


Teqlər:  





Xəbər lenti