“Eurovision 2015”in 6 təmsilçisi müəyyənləşdi

“Eurovision 2015”in 6 təmsilçisi müəyyənləşdi
  03 Dekabr 2014    Oxunub:2258
Avstriya paytaxtı Vyananın ev sahibliyi edəcəyi “Eurovision - 2015” Mahnı Müsabiqəsində iştirakını təsdiqləyən 39 ölkədən 6-ı təmsilçisini müəyyənləşdirib.
AzVision.az müsabiqənin rəsmi saytına istinad xəbər verir ki, müsabiqədə Belçika Loik Notte, Makedoniya Daniel Kaymakoski, Malta Ember Bondin, Monteneqro Nenad Knejevic, Niderland Yudit Katreyntye Osterxeys, San-Marino Mikele Perniola və Anita Simoncini düeti ilə təmsil olunacaq.

Yarışmada iştirak edəcək 39 ölkə: Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, Yunanıstan.

“Eurovision 2015” Mahnı Müsabiqəsinin yarımfinalları mayın 19 və 21-də, final isə mayın 23-də keçiriləcək.

Sevinc Kərimova
AzVision.az



Teqlər:  





Xəbər lenti