Yol pulu bahalaşdı

Yol pulu bahalaşdı
  08 May 2013    Oxunub:1541
2013-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, MDB ölkələrinə sərnişindaşıma tarifləri16,7 faiz bahalaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri, müvafiq olaraq, 1,5 və 0,4 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.

Dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri isə 0,6 faiz ucuzlaşıb.

Bu arada dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1 faiz, tranzit üzrə 9,4 faiz, idxal üzrə 7,1 faiz, ixrac üzrə 4,3 faiz ucuzlaşıb.

Bununla yanaşı boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5 faiz, avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4 faiz, rabitə sahəsində internet xidmətlərinin tarif indeksi isə 6,2 faiz ucuzlaşıb.


Teqlər:  





Xəbər lenti