Hökumətə dəyişiklik edildi

Hökumətə dəyişiklik edildi
  08 May 2013    Oxunub:1511
Mayın 7-də Misir hökumətində 9 nazir dəyişib.
AzVision.az xəbər verir ki, neft və metallurgiya, maliyyə, investisiya, mədəniyyət, ədliyyə, kənd təsərrüfatı və torpaq, planlaşdırma və beynəlxalq əməkdaşlıq, tarixi abidələr və parlament nazirləri yeniləri ilə əvəz edilib.

Güc strukturları nazirləri, həmçinin xarici işlər naziri öz postlarını qoruya bilib.

Yeni nazirlər bu gün prezident Məhəmməd Mursinin qarşısında and içiblər.

Qeyd edək ki, Xişam Kandilin başçılıq etdiyi hökumət 2012-ci ilin avqustunda formalaşıb və 2013-cü ilin yanvarında yenilənib.


Teqlər:





Xəbər lenti